Ağdam Dövlət Dram Teatrı 8 Noyabr – Zəfər Günü münasibətilə “Mübariz” tamaşasını Xocavənd şəhərində təqdim edəcək.

Şahnaz Şahinin eyniadlı əsəri əsasında hazırlanan tamaşa Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli ömür və döyüş yolundan bəhs edir və Vətən uğrunda canını fəda edən bütün şəhidlərimizin xatirəsinə ithaf olunub.

Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Azər Şükürov, səs rejissoru Elşən Cəfərov, rejissor assistenti Ceyhun Yusifov, işıq rəssamı Anar Şükürovdur.

Rolları ifa edirlər: Mübariz – Fərhad Fərhadzadə; Ata – Elmir Hümbətov; Ana – Nuranə Əliyeva; Komandir – Qalib Abdullazadə; Tağıyev – Temur Kərimov; Ağayev – Rüstəm Məmmədov.