Noyabrın 2-də Azərbaycan Dövlət Film Fondunda kinorejissor və ssenarist, Əməkdar incəsənət xadimi Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib
Tədbiri Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Yavər Rzayevin həyat və yaradıcılığından danışıb, rejissorun bədii və sənədli filmlərini təhlil edib.
Xalq artisti, bəstəkar Siyavuş Kərimi, Əməkdar incəsənət xadimləri – kinoejissor Elxan Cəfərov, kinooperator Rövşən Quliyev, Əməkdar mədəniyyət işçisi, şair, yazıçı-dramarurq İlqar Fəhmi, sənətşünaslıq doktoru Hatəm Əsgərov yubilyara təbriklərini çatdırıb, yeni yaradıcılıq uğurları arzulayıblar.
Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbirin sonunda Yavər Rzayevin 2020-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Bizim Həsən müəllim” sənədli filmi nümayiş etdirilib.























