Qazaxıstanda dövlət suverenliyi haqqında Bəyannamənin qəbul edilməsindən 36 il ötür. Tarixi sənəd 1990-cı il oktyabrın 25-də Qazaxıstan SSR Ali Soveti tərəfindən qəbul edilib və 1991-ci il dekabrın 16-da Qazaxıstanın müstəqilliyinin elan olunmasına aparan yolda mühüm addım olub.

2022-ci ildən Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə 25 Oktyabr – Respublika Gününə milli bayram statusu verilib. Bu il milli bayram Qazaxıstanın müstəqilliyinin 35 yaşına təsadüf edir.

***

Qazaxıstanın dövlət suverenliyi haqqında Bəyannamənin qəbul edildiyi gün xalqımızın tarixində yeni bir dövrün əsasını qoydu və ölkəmizin müstəqil inkişafının başlanğıcı oldu. 

Tarixi ədalət bərpa olundu və müqəddəs torpağımızda müstəqilliyin möhkəm təməli qoyuldu. Mübaliğəsiz demək olar ki, bu gün Böyük Çöldə dövlətçilik ənənəsinin dirçəlişini ifadə edirdi.

Bu il biz bu milli bayramı ölkə müstəqilliyinin 35-ci ildönümündə qeyd edirik. Qazaxıstan bu tarixi mərhələyə bütün beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən, dinamik inkişaf edən bir dövlət kimi qədəm qoyub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu sözləri 25 Oktyabr – Respublika Günü münasibətilə "Akorda" dövlət iqamətgahında keçirilən təntənəli mərasimdə deyib.

Prezident müstəqilik dövründə Qazaxıstanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, o cümlədən son illərdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunan mühüm göstəriciləri diqqətə çatdırıb.

Bu barədə Qazaxıstanın Azərbaycandakı Səfirliyindən verilən məlumatda bildirilir. 

Xüsusilə son altı ildə Qazaxıstanın qət etdiyi inkişaf yolu əlamətdar rəqəmlərlə ifadə olunur.

***

2019-cu ildən bəri Qazaxıstanda iqtisadi artım təxminən 30%-ə çatıb.

Adambaşına düşən ÜDM ilk dəfə 15 000 ABŞ dollarını ötüb. Bu, nominal rəqəmdir; faktiki alıcılıq qabiliyyətini əks etdirən "alıcılıq qabiliyyəti pariteti"  ilə hesabladıqda bu rəqəm 35 000–40 000 dollar həcmindədir.

"Uşaqlar üçün Milli Fond" proqramı çərçivəsində 7 milyon uşağın hesabına 2,5 milyard dollar vəsait köçürülüb.

Dünya Bankının məlumatlarına əsasən, Qazaxıstanda orta ömür uzunluğu 76 ilə yaxınlaşıb ki, bu da regionda ən yüksək göstəricidir.

Bir il (2025) ərzində ölkədə 20 milyon kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib – bu, rekord göstəricidir!

Müqayisə üçün qeyd edək ki, Qazaxıstanda 1 nəfərə illik təxminən 1 kvadratmetr, Rusiyada təxminən 0,6 kvadratmetr, Özbəkistanda 0,43 kvadratmetr, Avropa İttifaqı ölkələrində orta hesabla təxminən 0,4–0,5 kvadratmetr, ABŞ-da təxminən 0,4 kvadratmetr mənzil sahəsi tikilir.

Hər il konveyerlərdən 150 000-dən çox minik və yük avtomobili çıxır.

1483 uşaq bağçası və 1342 məktəb açılıb, həmçinin ümumi məbləği 1,5 trilyon tenqeyə bərabər olan 655 000-dən çox təhsil qrantı verilib.

Altı il ərzində 30%-lik artım illik orta hesabla təxminən 4,5% təşkil edir ki, bu da inkişaf etməkdə olan iqtisadiyyat üçün olduqca yaxşı göstəricidir.

Prezident qeyd edib ki, biz artıq demək olar ki, hər şeyi – relslər və şpallardan tutmuş vaqonlara və elektrik lokomotivlərinə qədər – istehsal etməyə başlamışıq; avtomobil zavodlarımız isə hazırda ildə 150 ​​000-dən çox nəqliyyat vasitəsi istehsal edir: “Biz böyük bir yol qət etmişik: yerli komponentlərin minimal səviyyədə istifadəsindən tam dövriyyəli istehsal və bütöv yığım proseslərinə keçmişik. Söhbət artıq yalnız xammal hasilatından deyil, istehsal və emaldan gedir”.

“Təbii ki, iqtisadi artım prosesi bir anda baş vermir. Hər kəs daha yaxşı bir həyata elə indi, bu an qovuşmaq istəyir, lakin iqtisadiyyatın təbiəti buna imkan vermir. Hətta sabah nəhəng bir qızıl yatağı kəşf etsək belə, bu, dərhal nəticə verməyəcək. Bununla belə, iki, beş və ya on il əvvəlki həyat tərzimizlə bugünkü həyatımızı müqayisə etsək, əldə olunan irəliləyişin təsiri çox aydın şəkildə üzə çıxır”, – deyə Qazaxıstan rəhbəri vurğulayıb.

 

medeniyyet.info.az

.