Xəbər verildiyi kimi, 23-25 oktyabr tarixlərində Bakıda, Dənizkənarı Milli Parkın ərazisində Zeytun festivalı keçirilir.

Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə təşkil edilib.

Oktyabrın 24-də festivalın açılışı olub.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dənizkənarı Bulvar İdarəsi idarə heyətinin sədri Xanlar Ağalarov festivalda pavilyonlarla tanış olublar.

Pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları təqdim edilir.

Festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Festival çərçivəsində müxtəlif əyləncə proqramları, estrada ulduzlarının konsertləri də təşkil olunur.