12-ci Bakı Beynəlxalq Kitab Sərgisində ən böyük milli stendlərdən biri Türkiyə Cümhuriyyətinə aiddir.

Milli stend Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və İstanbul Ticarət Palatası tərəfindən təşkil olunub.

Ənənəvi olaraq bu il də sərgidə Türkiyə nəşriyyatlarının geniş çeşiddə ədəbiyyatı, o cümlədən uşaqlar üçün kitablar yer alıb.

Oktyabrın 21-də, sərginin ilk günü Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə milli stendini, eləcə də Bakı Ekspo Mərkəzindəki müxtəlif qurum və nəşr evlərinin stendlərini ziyarət edib.

Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Səfir Birol Akgün Türk Mədəniyyəti və İrsi Fondunun, İCESCO Bakı Regional Ofisinin, Kərkük Mədəniyyət Dərnəyinin stendlərinə də baş çəkib.