Tanınmış rəssam Soltan Soltanlı növbəti beynəlxalq sənət yarışmasında Azərbaycanı uğurla təmsil edib.
Sənətkar bu dəfə Serbiyanın paytaxtı Belqradda keçirilən 11-ci Beynəlxalq Heyvan Karikaturası Yarışmasına (11th International Animal Cartoon Contest, Belgrade 2026) qatılıb.
56 ölkədən 343 rəssamın ümumilikdə 1372 karikatura təqdim etdiyi bu yarışmada Soltan Soltanlının “At kimindir” əsəri üçüncü yerə layiq görülüb.
Müsabiqədə 1-ci və 2-ci yerləri uyğun olaraq Avstriyadan Klaus Pitter və Kiprdən İqor Vartçenko qazanıblar.
Qeyd edək ki, Soltan Soltanlı 30 ildir ölkəmizi rəssamlıq üzrə beynəlxalq yarışma, festival və sərgilərdə təmsil edir. Onun əsərləri dünyanın 50-dən çox ölkəsindəki muzey və şəxsi kolleksiyalarda yer alır.






















