Oktyabrın 3-də başlanan Bakı Caz Festivalının iştirakçıları arasında Fransadan gələn “FR33 ROOTS” qrupu da var.
Festivalın açılışından sonra “Elektra Events Hall”ın səhnəsinə çıxan qrup ifa və proqramı ilə alqışlar qazanıb.
“FR33 ROOTS”un üzvləri Linli Mart (bas-gitara), Samuel Appapule (klavişli alətlər) və Deodato Sikvayr bildiriblər ki, Bakı Caz Festivalının bir hissəsi olmaqdan və xüsusilə də festivalın açılışında çıxış etməkdən çox məmnunluqlarını bildiriblər
“Biz azərbaycanlı həmkarlarımızla əməkdaşlıq etməyi sevirik. Azərbaycanda özümüzü çox rahat hiss edirik və burada, Bakı Caz Festivalında çıxış etməkdən həqiqətən məmnunuq”, – deyə musiqiçilər qeyd ediblər.
Qrupun rəhbəri L.Mart artıq dəfələrlə Azərbaycana gəldiyini və azərbaycanlı tamaşaçılar qarşısında çıxış etdiyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 11-dək davam edəcək Bakı Caz Festivalına festivalda 10-dən çox ölkədən sənətçilər dəvət olunub. Proqrama rəngarəng konsertlər, film nümayişi və cem-seyşnlar daxildir. Festivalın son iki günü açıq havada – İçərişəhərdə, “Qız qalası”nın yaxınlığında keçiriləcək.






















