Milli Kitabxana Vətən müharibəsində (2020) ilk böyük qalibiyyətin qazanıldığı gün münasibətilə“4 oktyabr – Cəbrayıl şəhəri Günü”  adlı virtual və ənənəvi kitab sərgilərini istifadəçilərə təqdim edib.

Cəbrayıl Şəhəri Günü Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023- cü il tarixli Sərəncamına əsasən qeyd olunur.

Sərgilərdə Cəbrayılın tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan maddi-mədəniyyət abidələri haqqında, eləcə də Vətən müharibəsindən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyat nümayiş olunur.

Virtual sərgiyə bu linkdə baxmaq olar:

https://anl.az/el/vsb/Cebrayil/index.htm   

***

Cəbrayıl şəhəri 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İyirmi yeddi illik həsrətdən sonra, 2020-ci il oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunması Vətən müharibəsində şanlı Zəfərə doğru mühüm addım idi.

Bu gün, işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri aparılır. Prezident İlham Əliyev Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, tikinti işləri ilə tanış olub.