Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli üzrə mədəniyyət nazirinin vətəndaşşlarla növbəti görüşü Füzulidə olacaq.

Nazir Adil Kərimli 2026-cı il oktyabrın 16-da, saat 10:00-da Füzuli şəhər Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində, (Füzuli şəhəri, Heydər Əliyev prospekti,) Füzuli, Ağdam, Xocavənd rayonlarından vətəndaşları qəbul edəcək.

Vətəndaşlar 2026-cı il oktyabrın 12-dək Mədəniyyət Nazirliyinin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.