Xocalı şəhərində bu il açılışı keçirilən Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Nazirlər Kabineti bununla bağlı 2 oktyabr 2026-cı il tarixdə Qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda müvafiq dəyişiklik edilib.

Siyahının” Muzeylər” hissəsinə “Xocalı Soyqırımı Memorial Kompleksi, Xocalı şəhəri” məzmunda bənd (2.102-2) əlavə edilib.

Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi Azərbaycan Respublikası Prezidentinin 2025-ci ildə imzaladığı Sərəncamla yaradılıb.

Xocalı soyqırımının 34-cü ildönümü günü, 2026-ci il fevralın 26-da Prezident İlham Əliyevin iştirakı ilə memorial kompleksin açılışı keçirilib.

***

Qeyd edək ki, bundan öncə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Bakı Biznes Mərkəzi” MMC İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxarılaraq Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Bununla bağlı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “II. Təsərrüfathesablı qurumlar” bölməsinin “7. Digər qurumlar” hissəsinə “Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.” məzmunda bənd (7.8.) əlavə edilib.