Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Sentyabrın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivalın son konserti olub.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təqdim olunan konsert proqramını Xalq artisti Yalçın Adıgözəlov idarə edib. Solist qismində violin ifaçısı Elisso Qoqibedaşvili (Gürcüstan) çıxış edib.

Proqramda Arif Məlikovun “Nağıl” simfonik poeması, Aleksandr Qlazunovun "Violin və orkestr üçün a-moll Konsert", op. 82, həmçinin Ottorino Respighinin “Romanın şam ağacları” simfonik poeması səsləndirilib.

Qeyd edək ki, sentyabrın 18-də başlanan Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri təşkil olunub.