Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının daha bir konserti sentyabrın 26-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təqdim olunub.
“Orient express – Vyanadan Bakıya” adlı konsertdə avstriyalı dirijor, bəstəkar və aranjimançı Markus Geiselhart rəhbərliyi ilə Dövlət Mahnı Teatrının Estrada-simfonik orkestri çıxış edib.
Proqram müasir orkestr cazı, improvizasiya və milli musiqi çalarları bir araya gətirilərək dinləyicilərə Vyanadan Bakıya uzanan musiqi səyahəti yaşadıb.
Gecədə M.Geiselhartın əsərləri ilə yanaşı, Rafiq Babayev, Rauf Hacıyev və digər Azərbaycan bəstəkarlarının, eləcə də əcnəbi bəstəkarların əsərləri səsləndirilib.

























