Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının daha bir konsert proqramı sentyabrın 24-də Gəncədə təşkil edilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən konsertdə Türkiyə və Azərbaycan musiqiçiləri – Çukurova Dövlət Simfonik Orkestri və Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri çıxış edib.

Konserti türkiyəli dirijor Eray İnal və Azərbaycanın Xalq artisti dirijor Yalçın Adıgözəlov idarə ediblər.

Proqtamda F.Tüzünün “Çayda çıra”, “Çeşməbaşı” balet süitası, E.İnalın “Anadolu papsodisi”, C.Saint-Saënsın “İntroduksiya və rondo-kapriççio” a-moll, op. 28, Fikrət Əmirovun “Nəsimi dastanı” əsərləri yer alıb.

Konsertdə solist qismində Əməkdar artist Elvin Hoca Qəniyev (violin) çıxış edib.