Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri Bakıda sənətsevərlər qarşısına çıxıb.

Konsert sentyabrın 22-də Üzeyir Hacıbəyli  XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində keçirilib.

Gəncə Dövlət Filarmoniyası Xalq çalğı alətləri orkestrinin (dirijor Xəyal Qəhrəmanov) və solistlərin ifasında Azərbaycan milli musiqisinin zəngin nümunələri və bəstəkar əsərləri səsləndirilib.

Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb, ifalar alqışlarla müşayiət olunub.