Qarabağ Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən Ağdam şəhər Qurban Pirimov adına 2 nömrəli uşaq musiqi məktəbi (müvəqqəti olaraq paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşir) 2 fevral – Gənclər Günü münasibətilə "Muğam gənclərin gözündə" adlı tədbir keçirilib.
Tədbirin bədii hissəsində məktəbin müəllim və şagirdlərinin ifasında muğam və xalq mahnıları səsləndirilib.
***
Qarabağ RMİ-nin tabeliyində fəaliyyət göstərən fəaliyyət göstərən Ağdam rayon Şıxbabalı kənd klubu və Qurban Pirimovun Xatirə muzeyinin kollektivi Gənclər Günü münasibətilə Birinci Baharlı qəsəbə tam orta məktəbinin şagirdləri ilə görüş keçirib.
***
Regional idarənin tabeliyindəki Ağcabədi rayon MKS-nin Mərkəzi kitabxanasında "Gənclər uğurlu gələcəyimizdir" başlıqlı tədbir təşkil edilib.
***
RMİ-nin tabeliyində fəaliyyət Bərdə rayon Mədəniyyət Mərkəzində isə əlamətdar gün münasibətilə gənc mədəniyyət işçiləri arasında intellektual oyun təşkil edilib.
***
Regional idarənin əhatə etdiyi Xocalı rayonu Malıbəyli kənd uşaq musiqi məktəbinin (müvəqqəti olaraq Sumqayıt şəhərində yerləşir) və Şuşa rayon Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə gənclərin ictimai-mədəni fəallığının artırılması və mədəni proseslərdə iştirakının təşviqi məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbirin bədii hissəsində məktəbin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri təqdim edilib.
***
İdarənin tabeliyində fəaliyyət göstərən Şuşa Dövlət Rəsm Qalereyasında əlamətdar gün münasibətilə uşaq və gənclərin əl işlərindən ibarət tematik sərgi təşkil edilib.

























