Salyan Tarix-Diyarşünaslıq Muzeyində "Balaca uşaqlar, şən kuklalar" adlı ustad dərsi olub.

Bu barədə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Kuklaçı rəssam Gülay Abbasovanın apardığı ustad dərsi qış tətili günlərində məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilib.

Ustad dərsində uşaqlar kukla hazırlanmasının mərhələləri ilə tanış olub, öz əl işlərini hazırlayaraq yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər.