Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfə Uşaq İncəsənət Festivalı keçirilir.
Uşaq İncəsənət Festivalının I turu çərçivəsində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsini əhatə edən Ağsu, Qobustan və İsmayıllı rayonlarındakı Heydər Əliyev mərkəzlərinə festival iştirakçılarının ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı uşaqlara Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, mərkəzlərin ekspozisiyası haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, 2025-ci il aprelin 21-də başlayan festivalın I turunun iyun ayında yekunlaşması planlaşdırılır.
Azərbaycanda Uşaq İncəsənət Festivalı ilk dəfə 2023-cü ildə keçirilib.
Nurəddin