
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli martın 14-də saat 10:00-da Neftçalada vətəndaşları qəbul edəcək.
Rayon Heydər Əliyev Mərkəzində (Neftçala şəhəri, Heydər Əliyev prospekti 34) təşkil ediləcək qəbulda Neftçala, Salyan, Biləsuvar, Hacıqabul rayonları və Şirvan şəhərindən olan vətəndaşların müraciətləri dinləniləcək.
Vətəndaşlar martın 10-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.